Əsas məzmuna keç

Gələcəyin təməlini qururuq!

IINU universitet tələbələri ilə sənaye arasındakı məsafəni qısaldır. Tələbələr real layihələr üzərində işləyir, komanda qurur və sahəsinin peşəkarları ilə birbaşa təmasda olur.

Bizimlə əlaqə saxla

Universitetlə sənaye arasındakı boşluq

Problem

Tələbə dörd il oxuyur, amma məzun olanda real iş təcrübəsi olmur. Nə üzərində işlədiyini göstərə biləcəyi portfolio, nə birlikdə iş görməyi öyrəndiyi komanda, nə də sahəsində ona yol göstərən peşəkar var.

Həll

IINU bu üçünü bir yerə gətirir. Tələbə platformada komanda qurur, müsabiqə və layihələrdə iştirak edir, gördüyü işi portfoliosunda toplayır və sənayedən gələn ekspertlərlə birbaşa işləyir. Universiteti bitirəndə əlində diplomdan başqa bir şey də olur — göstərməli iş.

Nə edirik

  • Platforma

    Tələbələrin qeydiyyatdan keçdiyi, komanda qurduğu və gördüyü işi topladığı mobil tətbiq.

  • Startap komandaları

    İdeyası olan tələbələr komanda qurur və layihəni addım-addım inkişaf etdirir.

  • Müsabiqələr və hakatonlar

    Tələbələr real məsələlər üzərində, müəyyən müddət ərzində rəqabət şəraitində işləyir.

  • Tədbirlər

    Təlim, seminar və görüşlər; sahəsində tanınmış peşəkarların iştirakı ilə.

  • Sənaye eksperti dəstəyi

    Hər sahə üzrə ekspertlər tələbələrə istiqamət verir və işlərini dəyərləndirir.

Kimlər üçün

Tələbələr üçün

  • Real layihələrdə iştirak və portfolio
  • Komanda qurmaq və birgə işləmək təcrübəsi
  • Sahə peşəkarları ilə birbaşa təmas

Şirkətlər üçün

  • Hazırlıqlı tələbələrlə erkən tanışlıq
  • Konkret məsələlər üzərində birgə iş imkanı
  • Gənc istedadların işini yaxından görmək

Universitetlər üçün

  • Tələbələr üçün əlavə inkişaf mühiti
  • Sənaye ilə canlı əlaqə
  • Universitetdaxili aktiv icma

Tezliklə

Mobil tətbiq hazırdır və tezliklə App Store və Google Play-də yerləşdiriləcək.