1. Məsul şəxs
"Oruczadə Holding" MMC. Ünvan: Tovuz rayonu, İbrahim Hacılı kəndi, 2-ci küçə, ev 5, AZ6041.
Əlaqə: info@iinu.org, +994 10 388 91 45.
2. Topladığımız məlumatlar
- Sayt: tətbiqin yayımlanmasından xəbər almaq üçün daxil etdiyiniz e-poçt ünvanı.
- Tətbiq, qeydiyyat: ad, e-poçt, parol (şifrələnmiş şəkildə saxlanılır), universitet, ixtisas, sahə.
- Tətbiq, profil: bio, bacarıqlar, CV (yükləmisinizsə), portfolio.
- Tətbiq, fəaliyyət: paylaşımlar, komanda üzvlükləri və müraciətlər, mesajlar.
- Texniki məlumatlar: push bildiriş tokeni, texniki loglar.
3. Məlumatlardan nə üçün istifadə edirik
- hesabınızın işləməsi üçün;
- komanda yoldaşlarının uyğunlaşdırılması üçün;
- bildirişlərin göndərilməsi üçün;
- tədbir və müsabiqələrin təşkili üçün;
- təhlükəsizliyin təmin edilməsi üçün.
4. Saxlanma yeri və üçüncü tərəflər
Məlumatlar aşağıdakı xidmət təminatçılarında saxlanılır və emal olunur:
- Amazon Web Services — server və verilənlər bazası;
- Google Firebase — push bildirişlər;
- Google — gözləmə siyahısının cədvəli və e-poçt.
Şəxsi məlumatlarınızı heç kimə satmırıq.
5. Saxlama müddəti
Tətbiqdəki məlumatlarınız hesabınız aktiv olduğu müddətcə saxlanılır. Hesab silindikdən sonra hesabınız və ona bağlı bütün məlumatlar birdəfəlik silinir.
Saytda daxil etdiyiniz e-poçt ünvanından yalnız tətbiqin yayımlanması barədə xəbər vermək üçün istifadə olunur və onun silinməsini istənilən vaxt tələb edə bilərsiniz.
6. Hüquqlarınız
- məlumatlarınıza baxmaq;
- məlumatlarınızı düzəltmək;
- məlumatlarınızın silinməsini tələb etmək.
Sorğularınızı info@iinu.org ünvanına göndərin.
8. Yaş həddi
IINU universitet tələbələri üçündür. Tətbiqdən istifadə üçün minimum yaş 17-dir.
9. Dəyişikliklər
Bu siyasət yenilənə bilər. Son yenilənmə tarixi bu səhifənin yuxarısında göstərilir.